2018-ci ildə Azərbaycanda prezident seçkisinin demokratikkeçirilməsindən ötrü ciddi islahatlarının aparılması və ictimai diqqətin bu məsələyə köklənməsi vacibdir.

Müsavat Partiyasının sentyabrın 19-da təşkil etdiyi dinləmələrdə bu fikirlər səsləndirilib.

Müsavat Partiyası ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokraik seçki mühitinin formalaşdırılmasından ötrü referendumun keçirilməsini, eyni zamanda Seçki Məcəlləsinə dəyşikliklərin edilməsini tələb edir.

#Seçki Məcəlləsində dəyişikliklər yolu ilə aşağıda göstərilən seçki islahatlarının prioritet olaraq aparılmasını tələb edir.

1.Mövcud seçki sistemi proporsional seçki sistemi ilə əvəz edilsin. Parlamentdə deputatların sayı 200 nəfər müəyyən edilsin.
2.Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddə ləğv edilsin. Prezidentin səlahiyyət müddəti 5 il müəyyənləşdirilsin.
3.Bütün seçki komissiyaları və seçki komissiyalarındakı vəzifələr iddiaçı tərəflərin bərabər təmsilçiliyi əsasında, paritet qaydada təşkil olunsun.
4.Seçkiqabağı təşviqat kampaniyası üçün ədalətli hüquqi mühit, bərabərhüquqlu siyasi rəqabət şəraiti təmin edilsin, seçki kampaniyasının müddəti 120 gün, təşviqat kampaniyasının müddəti 60 gün müəyyən edilsin.
5.Namizədlərin qeydiyyatının alternativ variantı olan qeydiyyat depozitinin qoyulması qaydası bərpa edilsin.
6.Seçki prosesinin, səslərin sayılması, seçkilərin yekun protokollarının doldurulmasında aşkarlıq, eləcə də səslərin paralel sayılması mexanizmi təmin edilsin”.

Hazırda ölkə parlamentində deputat mandatının sayı 125-ə bərabərdir . Parlament seçkiləri yalnız mojaritar ( namizədlərin fərdi qayadada irəli sürülməsi) qaydada keçirilir. Halbuki, konstitusiyaya 2002-ci ildə edilən dəyişiklilərə qədər deputatların 20 faizi proporsinal qaydada seçilirdi.

Hazırda seçki komissiyaları üçdə bir prinsp ilə formalaşır. Komissiya üzvlərinin üçdə biri hakim partiyadan, üçdə biri bitərəflərdən, üçdə bir isə parlamentdə təmsil edilən azalıqdan formalaşır. İndi faktiki Milli Şura və Müsavat partiyasının təmsilçiləri komissiyaya düşə bilmirlər.

Seçki komissiyalarının paritet əsasda formalaşması istəyini müxalifət bundən əvvəl də dəfələrlə dilə gətirib. Ancaq hakimiyyət rəsmiləri bunu qəbul etmirlər. Onlar deyirlər ki, komissiyalar paritet əsasda formalaşarsa bəzi müxalifət partiyaları bundan seçki prosesini pozmaq məqsədi ilə istifadə edə bilərlər. Üstəlik, onların fikrincə xalq müxalifət partiyalarına parlament seçkilərində etimad göstərərsə onlar komissiyalara düşmək imkanını əldə edərlər. Müxalifət isə hesab edir ki seçkilər azad və ədalətli keçirilmədiyindən buna real imkan yoxdur.