Bu hesabat Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyətinin təkmilləşdirilməsi və qiymətləndirilməsi məqsədilə hazırlanıb. Hesabata 2017-ci ilin yanvar-mart ayları ərzində 9 kateqoriya üzrə qruplaşdırılmış 99 hüquq pozuntusu

daxil edilib. Hüquq pozuntularına dair məlumatlar medianın monitorinqi və vətəndaşlardan daxil olmuş şikayətlər əsasında toplanaraq dəqiqləşdirilib.

Daxil olmuş məlumatların təhlili göstərir ki, 2017-ci ilin ilk rübü ərzində də sosial-iqtisadi hüquqların pozulmasına dair şikayətlər çoxluq təşkil edir.

Bununla yanaşı vətəndaşların ən çox şikayət etdiyi digər hallar mülkiyyət və ədalətli mühakimə hüququnun pozulması ilə bağlıdır. Hesabata cəmi 17 bölgədən məlumatlar daxil olub və əhalisi daha çox olan Bakı və Gəncə ilə yanaşı Göyçay və Beyləqanda vətəndaşların öz şikayətlərini daha çox ictimailəşdirdiyi bəlli olub.

SMDT

Ətraflı məlumat üçün ,zəhmət olmasa, sənədi yükləyin.