Bu günə 88 seçki dairəsi üzrə 149 nəfərin namizədliyi qeydə alınıb

Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1276 namizəd müraciət edib. Onlardan 1213-ü MSK-dan imza vərəqələri götürüb, 327-si isə artıq onları dolduraraq Komissiyaya təqdim edib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bu günə 88 seçki dairəsi üzrə 149 nəfərin namizədliyi qeydə alınıb.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.