Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada əvvəlcə Müsavat Partiyası Oğuz təşkilatının sədri Həqiqət Oğuzun xatirəsi sayğı dürüşü ilə yad edilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasın gündəliyində 5 məsələ ətrafında müzakirələr keçirilib. O cümlədən, təşkilati məsələlərə baxılıb, ictimai-siyasi fəaliyyətlə bağlı Müsavat Partiyası başqanının məruzəsi dinlənilib, 2018-ci il Prezident seçkiləri və Müsavat Partiyasının fəaliyyət planı təsdiqlənib.

İclasda Milli Strateji Düşüncə mərkəzinin sədri İsa Qəmdər çıxış edib. İsa Qəmbər Rəsulzadə yolu ilə gedənlərin qələbəsinin qaçılmaz olduğunu bildirib.

 

Bastainfo