SMDT Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunların müqayisəli təhlilini həyata keçirib

169

2013-2015-ci illərdə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə hüquqi əngəllər yaradan müddəaların milli qanunvericiliyə gətirilməsi ilə Qeyri-Hökumət Təşkilatlarının qanunvericiliyinə əsasən üç aspektdə – 1) QHT-lərin qeydiyyatı; 2) QHT-lərin maliyyələşməsi 3) QHTlərə qarşı sanksiyalar ağırlaşdırıldı. Bu cür hüquqi əngəllər nəticəsində Azərbaycanı nüfuzlu xarici QHTlər və donor institutlar tərk etməyə məcbur qaldı. Əksər yerli QHT-nin fəaliyyəti isə iflic vəziyyətinə düşdü. Son üç il ərzində birləşmək azadlığını tənzimləyən qanunvericliyə edilən 20-dən artıq məhdudlaşdırıcı dəyişikliklərlə yanaşı QHT təmsilçiləri və hüquq müdafiəçilərinin həbsi, 20-dən artıq yerli QHT və xarici QHT-nin filiallarına qarşı açılmış cinayət işləri, yüksək vergi cərimələri və bank hesablarının dondurulması, hüquq müdafiəçiləri və jurnalistlərə xaricə çıxış qadağalarının qoyulması vətəndaş cəmiyyəti üçün böhranlı vəziyyət hesab olunan bilər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini tənzimləyən qanunların ATƏT-ə üzv olan dövlətlər arasından 5 postsovet ölkəsinin müvafiq qanunvericliyi ilə qarşılıqlı araşdırılması və müqayisəsini həyata keçirib. 2009-cu ildən başlayaraq, Avropa Birliyi Azərbaycanla birgə Şərq Tərəfdaşlığı təşəbbüsünə cəlb olunan Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada insan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi yönündə müzakirələri həyata keçirib.

Hazırkı sənədin məqsədi vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri olan Qeyri-Hökümət
Təşkilatlarına (QHT) dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər ŞT ölkələrinin
qanunvericiliyini müqayisəli şəkildə təhlil edərək, dövlət orqanları, VCT-lər, media və digər maraqlı qruplara ŞT ölkələrinin QHT qanunvericiliyi kontekstində Azərbaycan qanunvericiliyinin çatışmazlıqlarını və məhdudiyyətləri müəyyən etməkdir.

Daha ətraflı əlavə edilmiş sənəddə tanış ola bilərsiniz:

SMDT Araşdırma sənədi, 11 Avqust 2017