Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair fakt-rüblük xülasə – Aprel-İyun 2021

 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında rüblük Fakt-Xülasəni təqdim edir. SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

 SMDT 2021-ci ilin ikinci rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 130 fakt əsasında toplam 160 insan hüquqları pozuntusu qeydə alıb. İnsan hüquqları pozuntularının əksəriyyəti ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və sosial hüquqlarla bağlı kateqoriyaların payına düşüb. Bu rüb qeydə alınmış insan hüquqları pozuntularının 73-u mülki və siyasi hüquqlar, 87-si isə iqtisadi və sosial hüquqlarla bağlı olub.

Bu rüb bir sıra ictimai əhəmiyyətli hadisələrlə yadda qalıb. Rübün əsas hadisələrindən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla müdafiəçisi olmuş Niyaməddin Əhmədov haqqında “terrorçuluğun maliyyələşdirilməsi” ittihamı ilə cinayət işi açılması olub.

SMDT bu rübdə də ölkə üzrə insan hüquqlarının monitorinqini həyata keçirib, hakimiyyət orqanlarının siyasi rəqiblərə və hökumət tənqidçilərinə qarşı qanunçuluq prinsipinə zidd hərəkətlərini açıq mənbələr və vətəndaş şikayətləri vasitəsilə yaxından izləyərək, bu barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırıb.

https://www.bbc.com/azeri/azerbaijan-52712438

Hesabatla ətraflı buradan tanış ola bilərsiz

 

SHARE
Previous article