Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair fakt-rüblük xülasə – Oktyabr-Dekabr 2020-ci il

256

SMDT 2020-ci ilin dördüncü rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 66 fakt əsasında toplam 102 insan hüquqları pozuntusu qeydə alıb.

Xüsusilə adekvat yaşayış standartları və sosial təminat hüququ ilə bağlı pozuntular rüb ərzində üstünlük təşkil edib. Bu rüb qeydə alınmış insan haqları pozuntularının 6-sı mülki və siyasi hüquqların, 67-si isə iqtisadi və sosial hüquqların payına düşüb. Bundan əlavə, rüb ərzində COVID-19 pandemiyası ilə əlaqədar 35 insan hüquqları pozuntusu qeydə alınıb.

Rüb ərzində ən yaddaqalan hadisə 44 günlük ikinci Qarabağ müharibəsi olub. Belə ki, SMDT-nin müharibə dövründə monitorinq fəaliyyətində diqqəti humanitar hüquq pozuntularına yönəltməsi, azalan insan hüquqları pozuntuları sayına əsas səbəbdir. Təəssüf ki, digər rüblərdən fərqli olaraq bu rüb aşağı olan insan hüquqları pozuntuları ölkədə insan hüquqlarının qorunması yönündə köklü dəyişikliklərə işarə deyil.

SMDT bu rübdə də insan hüquqlarının monitorinqi fəaliyyətini davam etdirib, xüsusilə də 44 günlük ikinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhali və obyektlərinə qarşı beynəlxalq hüququn prinsiplərinə zidd hücumları və azərbaycanlı əsirlərə qarşı insan hüquqları pozuntularını diqqətdə saxlayıb

Hesabatla ətraflı buradan tanış ola bilərsiz