Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair fakt-rüblük xülasə – Yanvar-Mart 2021-ci il

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında rüblük Fakt-Xülasəni təqdim edir. SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

SMDT 2021-ci ilin ilk rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 144 fakt əsasında toplam 193 insan hüquqları pozuntusu qeydə alıb. Ötən rüblə müqayisədə artan insan hüquqları pozuntularının əksəriyyəti ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və sosial hüquqlarla bağlı kateqoriyaların payına düşüb. Bu rüb qeydə alınmış insan hüquqları pozuntularının 89-u mülki və siyasi hüquqlar, 104-ü isə iqtisadi və sosial hüquqlarla bağlı olub.

Bu rüb bir sıra ictimai əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, prezidentin imzaladığı 16 mart 2021-ci il tarixli əfv sərəncamı ilə 475 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 39 nəfər Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun siyasi məhbus kimi tanıdığı şəxslər olub. 1 nəfər siyasi məhbusun cəzası yarıya qədər azaldılıb. Qeyd edilən əfv sərəncamından sonra İşçi Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərin sayı 53 nəfər olub.

Gözətçi, Əfv sərəncamı ilə azadlığa buraxılacaq siyasi məhbusların təsnifatı (18 mart 2021)

http://gozetci.az/az/%c9%99fv-s%c9%99r%c9%99ncami-il%c9%99-azadliga-buraxilacaq-siyasi-m%c9%99hbuslarin-siyahisi/

Hesabatla ətraflı buradan tanış ola bilərsiz