Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair rüblük xülasə (Oktyabr – Dekabr 2019)

147

SMDT 2019-cu ilin dördüncü rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 244 fakt əsasında toplam 384 insan hüquqları pozuntusu qeydə alıb. Bu rəqəm əvvəlki rüblərlə müqayisədə aşağı olsa da, hüquq pozuntuları kateqoriyalar üzrə oxşar nisbəti saxlamaqda davam edib. Bütün insan hüquqları kateqoriyaları üzrə pozuntular qeydə alınıb və hər hansı pozuntu növü ilə bağlı şikayətlər əhəmiyyətli dərəcədə azalmayıb. Xüsusilə, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, sərbəst toplaşmaq və sosial hüquqlarla bağlı pozuntular rüb ərzində üstünlük təşkil edib.

Müvafiq qurumlar tərəfindən süründürməçilik, özbaşına qərarlar, siyasi fəalların təqibi, ədalətsiz məhkəmə qərarları regionlardan gələn şikayətlərin əsasını təşkil edib. Müxtəlif regionlarda adekvat yaşayış standartlarının təmin olunmaması ilə bağlı müvafiq qurumların hərəkətsizliyi, sosial təminatların əldə olunmasında bürokratik əngəllər, ağacların kəsilməsinə nəzarət olunmaması nəticəsində qəzalı vəziyyətin yaranması, yerli icra strukturları və polis institutunun hərəkətsizlikləri və qanunsuz hərəkətləri pozuntulara səbəb olan digər amillər arasındadır.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.