AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ VƏZİYYƏTİNƏ DAİR RÜBLÜK FAKT XÜLASƏ (İyul-Sentyabr 2021)

SMDT 2021-ci ilin üçüncü rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 122 fakt əsasında toplam 179 insan hüquqları pozuntusu qeydə alıb.

İnsan hüquqları pozuntularının əksəriyyəti ədalətli məhkəmə araşdırması, işgəncə və pis rəftar, ifadə azadlığı və sosial hüquqlarla bağlı kateqoriyaların payına düşüb. Bu rüb qeydə alınmış insan hüquqları pozuntularının 106-sı mülki və siyasi hüquqlar, 69-u isə iqtisadi və sosial hüquqlarla bağlı olub.

Bu rüb bir sıra ictimai əhəmiyyətli hadisələrlə yadda qalıb. Xüsusilə də partiya üzvləri və ictimai fəalların əsassız və qurama ittihamlarla kütləvi həbsləri rübə damğasını vurub.

SMDT bu rübdə də ölkə üzrə insan hüquqlarının monitorinqini həyata keçirib, hakimiyyət orqanlarının siyasi rəqiblərə və hökumət tənqidçilərinə qarşı qanunçuluq prinsipinə zidd hərəkətlərini açıq mənbələr və vətəndaş şikayətləri vasitəsilə yaxından izləyərək, bu barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırıb.

Hesabatla ətraflı buradan tanış ola bilərsiz.