1 noyabr 2015-ci il də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələrin dair yekun hesabat

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda demokratik
institutların formalaşması, siyasi azadlıqların müdafiəsi və vətəndaş cəmiyyətinin inkişafı
yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT 1 noyabr 2015-cu ildə keçiriləcək
Milli Məclisə seçkiləri üzrə 50-dən artıq UMM və seçki ekspertləri, vətəndaş cəmiyyətinin
fəalllari vasitəsi ilə 80-dən artıq seçki dairəsi ərazisində seçki kampaniyası elan ediləndən sonra müşahidə aparıb.

Seçkilərdə iştiraka iddialı olan və 2013-cü il prezident seçkiləri öncəsi ölkənin əsas aparıcı
müxalifət partiyaları, QHT və fəallarının iştirakı ilə yaradılan Milli Şura Milli Məclisə seçkilər
öncəsi mühiti qeyri-demokratik hesab edərək nəticələri əvvəlcədən bəlli olan seçkilərə
qatılmaqdan imtina edib. Hakim Yeni Azərbaycan Partiyası 117, müxalifət Müsavat partiyası
73, ReAL 24, Nida vətəndaş hərakatı 8 nəfərlə seçkiyə qatılıb. MSK-nın açıqladığı rəqəmə görə 1246 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 294 nəfərin namizədliyi siyasi partiyalar və bloklar, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 945 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Seçkiyə bir neçə gün qalmış seçkidə iştirak edən əsas müxalif qüvvələr Musavat seçkidən çəkildiyini elan edib, Real və NİDA isə nəticələri tanımayacaqlarını bəyan ediblər.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.