124 DSK-da 745 nəfərin namizədliyi təsdiq edilib

98

Dairə seçki komissiyaları ölkə üzrə 125 seçki dairəsinin 124-dən 745 nəfərin namizədliyini təsdiq edib. AzərTac-ın Mərkəzi Seçki Komissiyasına istinad edərək yaydığı məlumatlara əsasən, namizədliyi təsdiq olunmuş şəxslərdən 673-ü imza vərəqəsi alıb və onlardan 19-u doldurulmuş imza vərəqələrini və digər zəruri sənədləri müvafiq DSK-lara təqdim ediblər.

“Media Forum” saytının  verdiyi məlumata əsasən 4 nəfər öz namizədliyini geri götürüb.

7 Noyabr 2010-cu ildə keçiriləcək Parlament Seçki kampaniyasına 7 sentyabrda start verilib.