23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinə dair ARALIQ HESABAT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək. SMDT Azərbaycan Respublikasında 23 dekabr 2009-ci ildə keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin birinci mərhələsini – namizədlərin irəli sürülməsi və qeydiyyatını (8 oktyabr – 23 noyabr 2009-ci il) həyata keçirib. Bu mərhələdə SMDT 96 seçki dairəsində və milli səviyyədə seçkiqabağı siyasi mühit, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini müşahidə edib. Müşahidə üzrə məlumatlar həmçinin zərurət yarandıqda seçki komissiyalarının üzvlərindən, seçicilərdən, namizədlərdən və ya onların nümayəndələrindən alınaraq üçüncü şəxslərlə dəqiqləşdirilib.

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib. SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf və təcrübəli qeyri-hökumət təşkilatıdır. SMDT (keçmiş SMM) üzvləri 2001-2009-ci illərdə Azərbaycanda keçirilən əlavə və təkrar parlament seçkiləri, referen¬dum, parlament, prezident və bələdiyyə seçkilərini müşahidə edib. SMDT ümumilikdə 10 seçkinin monitorinqini həyata keçirib. Seçkilərin monitorinqi ilə bağlı SMDT üzvləri indiyədək 9 min nəfərdən artıq vətəndaşa təlim keçib və onların seçki komissyialarında akkreditə olunmalarına hüquqi-texniki yardım edib.

Müşahidələrə əsasən bəzi dairə və məntəqə seçki komissiyaları əksər hallarda iş günü olmasına baxmayaraq, fəaliyyət göstərməyib.

Ətraflı məlumat üçün linkə daxıl olun.