Strukturu

220
  • SMDT-nin İdarə strukturu

SMDT-nin idarə olunması ilə bağlı ali orqan təşkilatın Ümumi Yığıncağıdır.

Ümumi yığıncaq 2 ildən bir seçilir və SMDT Nizamnaməsinə əsasən təşkilatın İdarə Heyəti və Nəzarət Komissiyası üzvləri, o cümlədən sədrini seçir.

Ümumi yığıncaq həmçinin SMDT-nin Strateji Fəaliyyət proqramları, Nizamnaməsinə əlavə və dəyişiklikləri qəbul edir.

SMDT İdarə Heyəti 2 ildən bir seçilərək təşkilatın cari fəaliyyətinə rəhbərlik edir. SMDT sədri İdarə Heyətinin üzvləri arasındans seçilməklə quruma ümumi rəhbərlik edir.

SMDT sədri Ümumi yığıncaq və İdarə heyətin qərarlarının icrası, SMDT-nin Strateji və İllik Fəaliyyət proqramlarının idarə olunması, habelə təşkilatın proqramlarının icrasına cavabdehlik daşıyır.

SMDT sədri təşkilatı rəsmi olaraq təmsil edir.