Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və Könüllülərin Beynəlxalq
Əməkdaşlığı İctimai Birliyi (KBƏ) 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası
Prezidentliyinə seçkinin Uzunmüddətli müşahidəsinin ilkin mərhələsini (10 avqust-14 sentyabr 2013-cü il) həyata keçirib. Bu mərhələdə prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi də daxil olmaqla seçkiqabağı mühitin monitorinqi 89 seçki dairəsində və milli səviyyədə həyata keçirilib.
Bu hesabata daxil olan məlumatlar SMDT və KBƏ ilə əməkdaşlıq edən 32 nəfər
müşahidəçidən, prezidentliyə namizədlərin seçki qərargahları və seçki komissiyalarının
üzvlərindən, seçicilər və namizədlərdən alınaraq dəqiqləşdirilib.

Daha ətraflı məlumat üçün hesabatı yükləyə bilərsiz.