AKP İstanbulda səslərin yenidən hesablanmasını tələb edir

329

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün siyasi gücünü AKP partiyasının bələdiyyə seçkilərində İstanbuldakı məğlubiyyətinin aradan qaldırılmasına yönəldib.

Moskvaya səfər etməzdən əvvəl Ərdoğan deyib ki, siyasi partiya kimi biz təşkilatlanmış cinayətkarlıqların şahidi olduq.

Türkiyənin dövlət başçısı 2014-cü ildə Ağrı və Yalovada səslərin yenidən hesablanmasını misal göstərərək, İstanbul seçkilərindəki bir namizədin 13-14 min səs qazandığı halda ürəklərin rahatlıq tapmayacağını deyib.

Ərdoğan: “Ortada 320-330 min civarında lazımsız səs var. Bunu hesablaya bilmərik, deyirsiniz. O zaman bundan əlavə hüquq çərçivəsində görüləcək bir şey var. Bizim MSK-dan gözləntilərimiz haqqımızdır. Keçmişdə Ağrı və Yalovada da bunun şahidi olmuşuq. Amerikada bir faiz səslə belə problem olsa, erkən seçkilər keçirilir. İndi 10 milyondan çox seçim olan İstanbulda “13-14 min səs fərqilə seçkilərdə qalib gəldik” deyənlərin buna haqqı yoxdur.”

Prezident sual edib ki, MSK seçkilərin nəticələrinə dair qərarı yekun qərar olacaqmı?

“Qruplaşma halında müdaxilələrdən prokurorluq xəbərdardır. Bu, başqa bir məsələ. Bir də qutularda oğurluqlar var. Bu məsələni MSK həll edəcək. İstərdim ki, məsələ ən ideal şəkildə həll edilsin”- deyə, Ərdoğan əlavə edib.

AKP İstanbulda 24 min səs çoxluğu ilə Binəli Yıldırımı məğlub edən CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbəsi ilə razılaşmır.

AKP-nin səyləri indəyədək onun əldə etdiyi səslərin sayını 15 minə endirib. Lakin 300 min etibarsz səsin yenidən hesablanması başa çatdırılıb. Hazırda AKP daha 10 milyon səsin yenidən hesablanmasını tələb edir.

Siyasi gərginliklərin artdığı bir vaxt CHP lideri Kamal Kılıcdaroğlu MSK-nı mübahisələrə son qoymağa çağırıb. Belə ki, son qərarı Mərkəzi Seçki Komissiyası verəcək.

 

AMERİANIN SƏSİ