AR Milli Məclisinə 7 noyabr 2010-cu ildə keçirilən seçkilərin monitorinqinin nəticələrinə dair yekun hesabat

54

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda seçki
sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan qeyri-hökumət
təşkilatıdır. SMDT-ni 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq
Mərkəzinin (SMM) təsisçiləri və üzvləri təsis ediblər. SMDT Azəzrbaycanda keçirilən 11
seçkini müşahidə edib və 9000 nəfərdən artıq yerli müşahidəçiyə təlim keçib. Təşkilat 2008-ci il prezident seçkiləri, 2009-cu il referendum və 2009-cu il bələdiyyə seçkilərində
Statistikaya Əsaslanmış Müşahidə aparıb. SMDT 7 noyabr 2010-cu il parlament seçkiləri ilə bağlı seçki müşahidəçilərinin hazırlanması, seçkilərin uzunmüddətli və qısamüddətli müşahidəsi, seçici fəallığının artırılması və seçki iştirakçılarının məlumatlandırlması yönündə çalışıb. SMDT parlament seçkilərinin monitorinqini 83 nəfər uzunmüddətli müşahidəçi və 1287 nəfər qısamüddətli müşahidəçi ilə həyata keçirib. Uzunmüddətli müşahidə namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki komissiyalarının fəaliyyəti, seçici siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı təşviqat və seçki şikayətlərinin araşdırılması proseslərini əhatə edib və monitorinqin nəticələrinə dair iki dəfə Aralıq hesabat2
yayılıb. Seçki günü müşahidə üzrə isə SMDT 8 noyabr 2010-cu ildə İlkin bəyanat3
yayaraq, 125 seçki dairəsi üzrə 1111 seçki məntəqəsində aparılmış monitorinqin nəticələrini açıqlayıb. 7 noyabr 2010-cu il parlament seçkiləri Azərbaycan Respublikası Milli Məclisinə 125 deputat yeri uğrunda eyni sayda təkmandatlı seçki dairəsində keçirilib. MSK-nın yaydığı məlumata görə, 1100 nəfər vətəndaş deputatlığa namizədliyini irəli sürüb, onlardan 695 nəfər qeydiyyata alınıb. Namizədlərdən 347 nəfəri siyasi partiya üzvləri, digərləri isə müstəqil namizədlər olub.
SMDT seçki komissiyalarının 7 noyabr 2010-ci il parlament seçkilərinin texniki baxımdan
qanunauyğun qaydada təşkili, seçici siyahılarının dəqiqləşdirilməsi üçün şəraitin yaradılması, seçki məntəqələrinin təşkili və səsverməyə texniki hazırlıqla bağlı səylərini təqdir edir.
SMDT təssüf edir ki, 2005-ci il parlament seçkilərindən sonra siyasi mühitin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməyib. Sərbəst toplaşmaq azadlığına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmayıb, siyasi partiyaların və qeyri-hökümət təşkilatlarının fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Söz və mətbuat azadlığı sahəsində vəziyyət təkmilləşməyib, dövlət televiziyalarlnda müxalif fikirlərə yer ayrılmayıb. Seçkilərdən öncə hakimiyyət “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev, bloqçular Adnan Hacızadə və Emin Millini, habelə gənc fəal Ruslan Bəşirlini azadlığa buraxmaqdan imtina edib. Yerli və beynəlxalq ictimaiyyət onların həbslərini ictimai-siyasi motivli fəaliyyətləri ilə ələqələndirir.
7 noyabr 2010-ci il parlament seçkilərində seçki kampaniyası 2005-ci il parlament seçkiləri
ilə müqayisədə daha məhdud siyasi debatların və geniş ictimai görüşlərin olmaması şəraitində keçirilib.
Seçkidən öncə Seçki Məcəlləsinə olunan dəyişikliklər nəticəsində seçkilərdə iştirak etmək
istəyən namizədlərə məhdud şərait yaradılıb. Dəyişikliklərə görə seçki müddəti 75 gündən 60 günə azalıb, namizədlərə büdcədən maliyyə ayrılması ləgv edilib və seçkiqabağı təbliğat
dövrü 27 gündən 22 günə qədər azalıb. Milli Məclis dəyişiklər edilərkən Avropa Şurası
Venesiya Kommissiyasının rəyini öyrənməyib.

 

AR Milli Məclisinə 7 noyabr 2010-cu ildə keçirilən seçkilərin monitorinqinin nəticələrinə dair yekun hesabat