ATƏT prezident seçkilərini müşahidə etmək barədə qərar verib

165

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək barədə qərar verib.

Bu barədə ATƏT DTİHB-nin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, fevral ayında Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası səfərlə bağlı hesabat açıqlayıb və Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib.

Hesabatda ölkədə seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçinin göndərilməsi tövsiyyə olunub.

DTİHB standart metodologiya ilə yanaşı seçki müşahidə missiyasına media monitorinqi də əlavə edəcək.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda 2013-cü il prezident seçkisi haqda rəyində bildirmişdi ki, səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-da pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olmasını nümayiş etdirib.