ATƏT-in DTİHB-nin missiyası Azərbaycanda səfərdə olub

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərdə Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri və iqtidarda olan Yeni Azərbaycan Partiyasının sədr müavini ilə görüşüb. Missiyaya DTİHB-nin Seçki Departamentinin rəhbəri Aleksandr Şlik başçılıq edir.

Vətəndaş cəmiyyəti ilə görüşdə Demokratiya Təşəbbüsləri İnstitutunun direktoru Akif Qurbanov, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, Demokratiya Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin nümayəndəsi Məmməd Məmmədzadə iştirak edib.

Demokratiya Təşəbbüsləri İnstutunun direktoru, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov bildirib ki, Azərbaycandakı seçkilər, seçki mühiti, seçki qanunvericiliyi, seçki komissiyaları, vətəndaş cəmiyyəti institutlarının durumu, mediaya basqılar əsas müzakirə mövzusu olub.

Onun fikrincə, missiya Azərbaycandakı seçkiöncəsi durumdan məlumatlıdır.

“2013-cü ildəki prezident seçkilərindən sonrakı durumu, 2015-ci ildəki parlament seçkilərilə bağlı durumu, ondan sonrakı vəziyyəti bilirlər”.

A.Qurbanov hesab edir ki, missiyanın hazırlayacağı hesabat əsasında ATƏT DİTHB-nin seçkilərdə müşahidəyə gəlib-gəlməməsi barədə qərar veriləcək. Əəvvəlki dönəmlərdən fərqli olaraq ATƏT-in Parlament Assambleyasının nümayəndəsi də görüşdə işirak edib.

“Görüşdən qənaətim odur ki, ölkədəki vəziyyət onlara kifayət qədər aydındır, aydınlaşdırmaq istədikləri suallara da lazımi cavablar verdik”.

Yekun olaraq onların bizdən soruşduqları, əslində isə demokratik camiyyə olaraq bizlərin də indiki vəziyyətdə aydınlaşdırmalı və vahid rəylə səsləndirməli olduğumuz əsas məsələ bu olmalıdır ki, ATƏT-in seçkiləri müşahidəyə gəlməsi demokratiyaya töhfə verəcək, yoxsa zərər? Seçki dövrünün yarısının keçdiyi şəraitdə onların gəlişi daha çox kimin işinə yarayacaq?” o qeyd edib.

Sentyabrın 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. Bu barədə YAP-ın rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.