Avropa Şurası seçki məlumatlarının toplanması üçün elektron vasitə yaradıb

81

Avropa Şurası, seçkilərlə bağlı əməkdaşlıq səylərinin tərkib hissəsi olaraq “ElectData” seçki məlumatlarının toplanması elektron-alətini yaradıb.

Bu barədə Avropa Şurasının veb səhifəsində məlumat açıqlanıb. Alət vasitəsilə şuraya üzv olan hər bir ölkənin seçki sisteminə məxsus göstəricilər toplanacaq. Bu platformada interaktiv xəritələr və Avropada keçirikən seçkilərlə bağlı məlumatlarının əks olunacağı qrafiklər nümayiş olunacaq. Hazırda veb səhifədə üzv ölkələrin seçki sistemləri və mərkəzi seçki institutu ilə bağlı məlumatlar və yerli seçki müşahidəçiliyi ilə məşğul olan təşkilatların adları yer alır.

Azərbaycana ayrılmış səhifədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris mərkəzi bu fəaliyyəti həyata keçirən yeganə qeyri-hokumət təşkilatı kimi qeyd olunub.

Elektron vasitə ilə daha ətraflı buradan tanış ola bilərsiniz