Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair rüblük fakt-xülasə, Aprel-İyun 2020

189

SMDT 2020-cu ilin ilk rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 291 fakt əsasında toplam 432 insan hüquqları pozuntusu qeydə alıb. Ötən rüblə müqayisədə artan insan haqları pozuntularının əksəriyyəti ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və sosial hüquqlarla bağlı kateqoriyaların payına düşüb. Bu rüb qeydə alınmış insan haqları pozuntularının 265-i mülki və siyasi hüquqların 145-ı isə iqtisadi və sosial hüquqların payına düşüb.

COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantina dönəmi rübə damğasını vuran əsas hadisə olub. Rübün ortalarından, may ayından yumşalmalara gedilsə də zaman-zaman karantin qaydaları yenidən sərtləşdirilib. Rübün yekununda Azərbaycanda koronavirus infeksiyasına yoluxması təsdiqlənmiş şəxslərin sayı 7 596, ölənlərin sayı isə 213 olub. Karantin dönəmi isə daha çox səlahiyyətli qurumların COVID-19 pandemiyası ilə mübarizə üsullarından sui-istifadəsi halları ilə, daha konkret isə siyasi təzyiqlərlə müşayiət olunub.

SMDT pandemiya dönəmində insan hüquqlarının monitorinqi fəaliyyətini davam etdirib, virusla mübarizə tədbirlərindən siyasi rəqiblərə və hökumət tənqidçilərinə qarşı sui-istifadə hallarını açıq mənbələr və vətəndaş şikayətləri vasitəsiəl yaxından izləyərək bu barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırıb.

Rüb ənənəvi hüquq pozuntuları ilə yadda qalsa da, xüsusilə pandemiya dövründə siyasi həbslər və sosial siyasətlə əlaqədar hüquq pozuntularına daha çox rastlanıb. Belə ki, ifadə azadlığı və sosial təminat hüququ üzrə pozuntular ötən rüblə müqayisədə 2–3 dəfə çox qeydə alınıb. Bu pozuntulara dair şikayətlərə əsas səbəblərsə məmur süründürməçiliyi, formal məhkəmə iclasları və bürökratik əngəllər olub.

Daha ətraflı buradan tanış ola bilərsiniz.