2017-ci ilə dair insan hüquqları durumu üzrə hesabatı nəzərinizə çatdırırıq. Bu hesabatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durmuna dair alternativ məlumat mənbəyi yaratmaq məqsədilə hazırlayıb. Hesabata ölkədə insan hüquqları ilə bağlı əsas olayların təhlili və vətəndaşlardan hüquq pozuntuları ilə bağlı toplanan şikayətlər əsasında əldə edilən məlumatlar daxildir.

SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

SMDT 2017-ci il ərzində Azərbaycanda insan hüquqları üzrə beynəlxalq öhdəliklərin icrasını qiymətləndirmək üçün topladığı faktları araşdıraraq, əldə etdiyi 386 insan hüquqları pozuntusunu 9 kateqoriyaya – sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, ifadə azadlığı, ədalətli mühakimə, mülkiyyət, təhsil, sosial, iqtisadi və digər hüquqlara ayırıb.

Hesabatı buradan endirə bilərsiz.