Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair fakt-rüblük xülasə – İyul-Sentyabr 2020-ci il

SMDT 2020-cu ilin üçüncü rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 207 fakt əsasında toplam 442 insan hüquqları pozuntusu qeydə alıb. Xüsusilə ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və sosial hüquqlarla bağlı pozuntular rüb ərzində üstünlük təşkil edib. Bu rüb qeydə alınmış insan haqları pozuntularının 160-ı mülki və siyasi hüquqların 147-i isə iqtisadi və sosial hüquqların payına düşüb. Həmçinin rüb ərzində COVID-19 pandemiyası ilə əlaqədar 123 insan hüquqları pozuntusu qeydə alınıb.

Rüb bir sıra ictimai-siyasi əhəmiyyətli hadisələrlə yadda qalıb. Rübə damğasını vuran əsas hadisə 14 iyulda Qarabağa dəstək yürüşü və sonrasında baş tutan kütləvi həbslər olub.

Bu rüb də Azərbaycanda siyasi məhbus məsələsini həllini tapmamış olaraq qalmaqda davam edib, siyasi məhbusların sayı 90 nəfərdən artıq olub. İfadə, sərbəst toplaşmaq və digər fundamental hüquq və azadlıqlara gətirilən total məhdudiyyətlər aradan qalxmayıb, pandemiya dövründə vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında artım müşahidə olunub.

SMDT bu rübdə də insan hüquqlarının monitorinqi fəaliyyətini davam etdirib, hakimiyyət orqanlarının siyasi rəqiblərə və hökumət tənqidçilərinə qarşı qanunçuluq prinsipinə zidd  hərəkətlərini açıq mənbələr və vətəndaş şikayətləri vasitəsilə yaxından izləyərək bu barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırıb.

Hesabatla ətraflı buradan tanış ola bilərsiz