COVID-19 və Azərbaycan. Pandemiyanın ilk aylarında siyasi təzyiq halları

43

Azərbaycanda mart ayının ortalarından etibarən koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimi elan olunub. Prezident İlham Əliyev 19 mart 2020 tarixli çıxışında isə bildirib ki, virusla mübarizə yeni münasibətlər sistemini gərəkdirir və müxalif qüvvələrin virusla mübarizə çərçivəsində təcrid olunması da zəruri ola bilər.

Ümumilikdə isə, Prezidentin müvafiq çıxışından sonra start götürən yeni siyasi təzyiq dalğası əsasən hökumət tənqidçilərini və ictimai fəalları hədəf alıb. Pandemiya ilə mübarizənin ilk aylarında, təkcə iyulun ortalarına qədər ən az 56 hökumət tənqidçisi və siyasi fəal bu və ya digər formada siyasi təzyiqə məruz qalıb. Onlardan 6 nəfərə qarşı cinayət işi açılıb, 33 nəfərsə inzibati məsuliyyətə cəlb olunub.

Hesabatla daha ətraflı buradan tanış ola bilərsiniz.