DTİHB seçkilər üçün müşahidə missiyasını rəsmən açıq elan edib

125

28 Sentyabrda, ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 7 noyabr tarixdə keçiriləcək seçkilər üçün müşahidə missiyasını rəsmən açıq elan edib.

Səfir Audrey Glover tərəfindən rəhbərlik edilən missiya Azərbaycan XİN dəvəti əsasında Azərbaycana göndərilib. ATƏT-in bütün iştirakçı dövlətləri öz ölkələrində keçirilən seçkilərə DTİHB-nı dəvət etmək öhdəliyi daşıyırlar.

Səfir Glover bildiribI “Missiya, görüşlər və seçkiqabağı aksiyalar keçirmək, həmçinin mediaya bərabərhüquqlu çıxış əldə etmək də daxil olmaqla, seçicilərin rəqabət aparan digər alternativlər haqqında məlumatlı seçim edə biləcəkləri şəffaf siyasi rəqabətin müşahidə olunmasına xüsusi fikir verəcək.”

DHTİR Bakıda yerləşdirilmiş 16 seçki prosesi üzrə beynəlxalq ekspert və regionlarda yerləşən 22 uzunmüddətli müşahidəçi qrupuna əlavə olaraq ATƏT-in iştirakçı ölkələrindən 450 qısamüddətli  müşahidəçilərin göndərilməsini istəyib. Seçki günü, qısamüddətli müşahidəçilər səsvermə məntəqələrinin açılmasına, səsvermə prosesinə, seçki bülletenlərinin sayılmasına və o cümlədən səslərin hesablanmasına nəzarət ediləcək.