Estoniyada liberal müxalifət partiyası seçkinin qalibidir

Estoniyada liberal müxalifət İslahat Partiyası Baş nazir Juri Ratasın hakim sol-mərkəzçi Mərkəz Partiyası üzərində qələbə çalıb. Martın 3-də açıqlanmış yekun nəticələrə görə, ifrat sağçı qüvvələrə də dəstək artıb.

Bu Baltik ölkəsinin seçki komissiyasının martın 4-də səhər bildirməsinə görə, qərbpərəst İslahat Partiyası səslərin 28,8 faizini, yəni 101 yerlik parlamentdə 34 yer qazanıb. Partiya öncəki parlamentdə 30 yerə malik idi.

Mərkəz Partiyası isə 23,9 faizlə 26 yerə yiyələnib, 2014-cü ildə 27 yeri vardı.

Millətçi, ifrat sağçı EKRE kimi tanınan Estoniya Mühafizəkar Xalq Partiyası 17,8 faizlə 19 yer əldə edib. Bu partiya əvvəlki seçki 8,1 faiz səs, yəni parlamentdə 12 yer qazanmışdı.

Seçkiöncəsi sorğular hakim Mərkəz partiyasının önə çıxacağını göstərirdi.

Hazırda koalisiya yaratmaq imkanları açıq qalır.

İslahat Partiyası 2005-2016-cı ildə baş nazir postunu tutub. Hazırda onun rəhbəri 41 yaşlı Kaja Kallasdır. O, partiyanın qurucusu, keçmiş baş nazir Siim Kallasın qızıdır. O, Avropa Parlamentinin üzvüdür, avropapərəstdir.

Mərkəz partiyasının isə əhalinin 25 faizini təşkil edən etnik ruslar arasında tərəfdarları çoxdur.

 

AZADLIQ RADİOSU