SMDT Fuad İsmayılova qarşı təzyiqləri dayandırmağa çağırır

SMDT hüquq-mühafizə orqanlarını Fuad Ismayılova qarşı təzyiqləri araşdırmağa çağırıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi inzbati qaydada saxlanılan ictimai fəal Fuad İsmayılovun Binəqədi müvəqqəti saxlanma təcridxanasında döyülməsi ilə bağlı ailəsinin verdiyi xəbərlərə görə narahatlığını bildirir.

SMDT qeyd edir ki, Fuad İsmayılova qarşı təzyiqləri onun 9 Fevral 2020-ci il Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə müşahidəçilik fəaliyyəti və seçki sonrası etiraz aksiyalarındakı aktiv iştirakı ilə bağlıdır. O, 9 Fevral 2020-ci il Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 8 saylı məntəqəsində müşahidəçi olub və qanun pozuntularına etiraz etdiyi üçün məntəqədən zorakılıqla çıxarılıb. Fevralın 21-də İsmayılov Mərkəzi Seçki Komissiyasının qarşısında planlanan etiraz aksiyası zamanı binaya ‘Fu Məzi’ şüarını yazdığı üçün saxlanılıb. Ancaq bu hadisədən az sonra o ardıcıl olaraq iki dəfə narkotik maddələrin saxlanması ittihamı ilə 60 sutka inzibati cəza alıb.

Bəyanatla daha ətraflı buradan tanış ola bilərsiniz.