Hədəfimiz

  1. Strateji hədəf və məqsədlər

SMDT-nin başlıca hədəfi azad və ədadlətli seçkilər vasitəsilə formalaşan demokratik idarəçilik insitutlarının güclənməsini təmin etməkdir.

SMDT-nin cari hədəfləri aşağıdakılardır:

  • a) Siyasi iştirak vasitəsilə azad və ədalətli seçkilərin keçirilməsinə dəstək;
  • b) Vətəndaşları dövlətin idarəolunmasında fəal iştiraka təşviq etmək və imkanlarını artırmaq;
  • c) Yerli və milli dövlət orqanlarının fəaliyyətində hüququn üstünlüyü, şəffaflıq və hesabatlılığın artırılması;

    SMDT-nin hədəfləri naminə qarşısında duran məqsədlər aşağıdakılardır:

    1. SMDT-nin təşkilati bacarıqlarının artırılması
    2. Vətəndaşların siyasi iştirakı üçün hüquqi-siyasi mühitin yaxşılaşdırılması
    3. Seçki praktikasının və seçki qanunvericiliyinin təkmilləşdirilməsi
    4. Yerli icmaların və vətəndaş qruplarının dövlət idarəçiliyində iştirakının artırılması
    5. Vətəndaş hüquqlarının müdafiəsində dövlət orqanlarının hesabatlılığının artırılamsı
    1. Fəaliyyət istiqamətləri

    SMDT öz fəaliyyətini bütün ölkə boyu milli səviyyədə həyata keçirir. Ölkənin demoqrafik baxımdan ən böyük şəhərlərində isə yerli icma qrupları və təşkilatları ilə müttəmadi və sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini təşkil edir. Bu şəhərlərə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Göyçay, Lənkəran, Bərdə, Beyləqan və Quba daxildir.

    SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:

    • Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi
    • Vətəndaşların siyasi hüquqlarının müdafiəsi
    • Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım
    • Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması
    • Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması

    SMDT milli səviyyəli fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirəcək:

    1. SMDT-nin təşkilati bacarıqlarının artırılması
    2. Vətəndaşların siyasi hüquqlarının müdafiəsi və bu sahədə pozuntu hallarının monitorinqi
    3. Seçki təcrübəsi və seçki qanunvericiliyinin təkmilləşdirilməsi
    4. Seçkilər üzərində ictimai nəzarətin təkmilləşməsi və yerli seçki müşahidəçiliyinin təşkili
    5. Yerli səviyyəli problemlərin həllində yerli icma qruplarının dəstəklənməsi
SHARE
Previous articleTarix
Next articleStruktur