İsraildə seçkini Netanyahu udur

80

İsraildə aprelin 9-da keçirilmiş parlament seçkisində bülletenlərin sayılması artıq tamamlanmaq üzrədir. Baş nazir Benjamin Netanyahu-nun Likud partiyasının sağ-qanad koalisiya yaradacağı, Netanhayhunun beşinci müddətə ölkəni idarə edəcəyi görünür.

İsrail parlamenti Knessetin vebsaytında bülletenlərin 96 faizi sayılandan sonra nəticələr dərc olunub. Görünən odur ki, Likud və digər sağ-qanad partiyalar 120 yerlik parlamentdə 65-67 yer qazanıblar.

Likud daha çox yer qazanmaq üzrədir. Netanyahu-nun əsas rəqibi olan Benny Gantz-ın “Mavi və Ağ” partiyası ondan azacıq geri qalır.

Likudun 38, Mavi və Ağ partiyasının isə 35 yer qazanacağı gözlənir.

Ancaq bir sıra kiçik millətçi partiyalar da Neyanyahu-nu dəstəklədiyindən onların da yetərincə yer qazanması Netanyahu-nun koalisiya qura biləcəyini göstərir.

Aprelin 10-da səhər, bülletenlərin yarısı sayılandan sonra Netanyahu qələbəsini elan edib, tərəfdarlarına deyib ki, onlar “demək olar ağlasığmaz nailiyyət” üçün məsuliyyət daşıyırlar.

İstefada olan keçmiş hərbi komandir Gantz seçkiöncəsi rəy sorğularında Likud-dan azacıq öndə idi və məntəqələr bağlanan kimi seçkidə qalib gəldiyini elan edib.

İlkin rəsmi nəticələrin bu gün axşama doğru elan olunacağı gözlənir.

 

AZADLIQ RADİOSU