İstanbulun yeni başçısından Azərbaycana mesaj

İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Ekrem İmamoğlu bir müddət sonra Azərbaycana səfər etmək niyyətindədir.

İmamoğlu, Turan agentliyi vasitəsilə Azərbaycana hansı mesaj göndərəcəyini soruşduqda, gülümsüyərək dedi:

-İşlərin əl-ayağını bir yerə toplayandan sonra qardaşlarımızın qəhvəsini içməyə getmək istərdim.

-Azərbaycanda bələdiyyeçilik formal səviyyədədir, təcrübələrinizi bölüşəcəksiniz?

-Əlbəttə ki, əlimdən gələn her şeyi qardaşlarımızla bölüşməyə hazıram.