Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib

Konstitusiya Məhkəməsinin Plenumu MSK-nın təqdim etdiyi yekun protokol əsasında parlament seçkilərinin nəticələrini təsdiqləyib. Beləliklə, 125 deputatdan 121-i seçilmiş hesab olunur.

Onlardan 70 nəfəri Yeni Azərbaycan Partiyasının nümayəndəsidir.

8 partiya 10  yer alıb. Bunlardan 3-ü Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir. Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası,  Vətəndaş Birliyi Partiyası, Vəhdət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik, Böyük Quruluş partiyalarının hər biri bir yer alıb.

41 deputat bitərəfdir.

Beləliklə, yeganə müxalifətyönlü Respublikaçı Alternativ Partiyasının nümayəndəsi Erkin Qədirli parlamentə keçir.

Ancaq partiya rəsmi olaraq qeydiyyata alınmadığı üçün o, rəsmi olaraq bitərəflər sırasına daxildir.

MSK tərəfindən nəticələrin ləğv olunduğu 4 dairədə təkrar seçkilər keçiriləcək.

Altıncı çağırış Milli Məclisin ilk iclası həftə ərzində keçirilməlidir.

Turan