Mayın 7-də Litva Prezidenti Dalya Qribauskayte ölkəsində keçiriləcək prezident seçkiləri və referendumla əlaqədar vaxtından əvvəl səs verib.

Jurnalistlərə müsahibə verən Dalya Qribauskayte ən layiqli namizədə səs verdiyini deyib.

Prezident vətəndaşları ölkədən köçüb getmiş və başqa ölkələrin vətəndaşlığını qəbul etmiş litvalıların ikili vətəndaşlıq hüququnu bərpa edəcək referendumda da fəal olmağa çağırıb. Lakin o, ölkə parlamentindəki mandat sayının azaldılması ilə bağlı keçiriləcək referendumda iştirak etməyib və bunu gərəksiz hesab etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Litva prezidentliyi uğrunda doqquz namizəd mübarizə aparacaq.

 

AZƏRTAC