Litvada prezident seçkilərində iştirak edəcək altı namizədin adı açıqlanıb

53

Litva Mərkəzi Seçki Komissiyası mayın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcək ilk 6 namizədin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Vityanis Povilas-Andryukaytis, Arvidas Yuzaytis, Valdemar Tomaşevski, İnqrida Şimonte, Qitanas Nauseda və Sauyus Skvernyalis namizədliklərinin qeydə alınması üçün tələb olunan imzaları Litva Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Daha üç namizədin məsələsinə gələn həftə baxılacaq.