Litvada mayın 12-də keçiriləcək prezident seçkiləri ərəfəsində son rəy sorğusunun nəticələri açıqlanıb.

“Baltixos tirimai” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə ilk turda prezidentliyə namizədlər arasında heç kimin mütləq səs çoxluğu əldə edəcəyi gözlənilmir. Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin əsas liderlər hesab edilən Gitanas Nausedaya 21,1, İnqrid Şimoniteyə 19,5, Saulyus Skvernyalisə isə 18,4 faizi səs verəcəyi açıqlanıb.

Sorğu iştirakçılarının 23 faizi seçkilərə getməyəcəyini bildirib. Bu cavabı verənlər, əsasən 30 yaşadək olan gənclərdir. 8,2 faiz respondent isə seçkilərə gedəcəyini lakin kimə səs verəcəklərinə dair qəti qərar vermədiklərini bildiriblər.