MSK seçki ilə bağlı 13 adda plakat çap etdirib

106

Mərkəzi Seçki Komissiyası Milli Məclisə noyabrın 7-də keçiriləcək seçki ilə bağlı 13 adda plakat çap etdirib. Komissiyanın mətbuat xidməti rəhbəri Azər Sarıyev AzərTAc-a deyib: “Maarifləndirici, səsverməyə çağırış, seçici siyahıları ilə bağlı məlumatlandırıcı xarakterli bu plakatlar dairə seçki komissiyalarına göndərilib.”

MSK sözçüsü onu da diqqətə çatdırıb ki, plakatların, seçici siyahılarının, eləcə də deputatlığa namizədlərin təbliğat materiallarının tarixi mədəniyyət abidələrinin üzərinə, muzey binalarına, dövlət və hakimiyyət strukturlarının binalarına yapışdırılması qanunla qadağandır.