Son günlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən bir neçə jurnalist və siyasi fəala tətbiq edilən ölkədən çıxış qadağası götürülüb. 14 apreldə Real Partiyasının sədri İlqar Məmmədovun, 1 mayda isə  jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa qaldırılıb.  3 mayda 10-a yaxın jurnalist onlara tətbiq edilən ölkədən çıxış qadağasının qaldırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qarşısında aksiya keçirərək 2015-ci ildən onlara tətbiq edilən ölkədən çıxış qadağasının qaldırılmasını tələb ediblər. 6 mayda aksiyada iştirak edən 4 jurnalistin – İzolda Ağayevanın, Səlimə Cəlilovanın, Natiq Cavadlının və Rasim Qaracanın ölkədən çıxış qadağası götürülüb.

SMDT-nin 19 fevral 2019-cu ildə yaydığı Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədində ölkədən çıxışına qadağa qoyulan fəalların sayı 30 olub. Həmin tarixdən sonra toplam 6 nəfərin ölkədən çıxış qadağası götürülüb, yeni 2 nəfərə isə qadağa tətbiq edildiyi müəyyən edilib. Hal-hazırda səyahət qadağasına məruz qalan şəxslərin sayı 26-dır.

 

Sıra Adı, Soyadı Peşəsi/Vəzifəsi
1. Şahvələd Namazov Müstəqil jurnalist
2. Xədicə İsmayılova Müstəqil jurnalist
3. Babək Bəkir Müstəqil jurnalist
4. Sevinc Abbasova Müstəqil jurnalist
5. Aytən Ələkbərova Müstəqil jurnalist
6. Aynurə Heydərova Müstəqil jurnalist
7. Aytac Əhmədova Müstəqil jurnalist
8. Elnur Muxtar Müstəqil jurnalist
9. Şirin Abbasov Müstəqil jurnalist
10. Tural Əsədov “Report.az” xəbər portalının redaktoru
11. Əziz Orucov  “Kanal 13” internet televiziyasının əməkdaşı
12. Mustafa Hacıbəyli  “Basta.info” xəbər portalının redaktoru
13. Anar Məmmədov  “Criminal.az” xəbər portalının redaktoru
14. İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri
15. Əsabəli Mustafayev Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri
16. Ənnağı Hacıbəyli Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri
17. Emin Aslan İnsan hüquqları üzrə vəkil
18. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
19. Ayaz Məhərrəmli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü
20. Elşən Təhməzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü
21. Azər Qasımlı Respublikaçı Alternativ Partiyasının İdarə heyəti üzvü
22. Əkrəm Əylisli Yazar
23. Leyla Əliyeva Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri
24. Fatima Mövlamlı Obyektiv TV əməkdaşı
25. Vüqar Əli Təhsil meneceri (mühacirətdə olan reper Camal Əlinin qardaşı)
26. Əbülfəz Sadıqov Müsavat Partiyasının GənclərTəşkilatının sədri