Geri Blog Səhifə 2
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Salome Zurabişvili 59,52%, Qirqol Vaşadze isə 40,48% səs toplayıb. REPORT
Gürcüstanda prezident seçkilərinin ikinci turunu 66300-dən çox müşahidəçi izləyir. "Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ikinci tur üçün 17 mindən artıq seçici subyektinin nümayəndəsini, 48 mindən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi qeydə alıb. Seçki prosesi, təqribən, 2300 yerli və xarici jurnalist tərəfindən işıqlandırılır. Seçkilərdə iki namizəd - hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə...
Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu üçün seçki bülletenlərinin çapına start verilib. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 3705 seçki məntəqəsi üçün çap olunacaq seçki bülletenlərinin ümumi sayı 3 278 450 təşkil edəcək. Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. 209 seçki məntəqəsi gürcü-Azərbaycan, 133 seçki məntəqəsi gürcü-erməni, 4 seçki məntəqəsi...
Tbilisi. 21 noyabr. REPORT.AZ/ Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turunda inzibati resurslardan istifadəyə yol verilməməsi ilə bağlı qərar qəbul edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin Administrasiyası məlumat yayıb. Qərar seçkilərin dinc, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədi İlə qəbul olunub. Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra...
REAL partiyası 40 min imza kampaniyasına başlayıb. Partiyanın sədri İlqar Məmmədov facebook səhifəsində bildirib ki, bü gün 19 noyabr tarixindən imzaların toplanılmasına başladıq. “Pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələrimizin dövlətə təqdim olunması üçün Konstitusiyasnın 96`cı maddəsinə uyğun olaraq 40 min imza toplayırıq”. İlqar Məmmədov mümkün qədər çox təşkilat və şəxsin bu kampaniyanı dəstəkləməsini...
SMDT-nin rəhbəri Anar Məmmədli 17 noyabrda saxlanılanlar barədə münasibət bildirib: Noyabrın 17-də Milli Şura, AXCP üzvlərinin Şəhidlər Xiyabanına ziyarətinə məhdudiyyət, iştirakçıların polis tərəfindən saxlanılması, 11 nəfərin, o cümlədən partiya sədri Əli Kərimlinin inzibati məsuliyyətə cəlb olunması sərbəst toplaşmaq azadlığına kobud müdaxilədir. Bu olay sərbəst toplaşmaq azadlığı haqqında qanunun 7 və 8-ci maddələrinin, Konstitusiyanın 49-cu, Avropa Konvensiyasının 11-ci və ATƏT-in Kopenhagen...
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup sentyabrın 1-də siyasi məhbusların yenilənmiş növbəti siyahısını açıqlayıb. Siyahı 1 sentyabr 2018-ci ilədək olan dövrü əhatə edir. Yeni siyahıda 130 ad var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb. Qrupun siyasi məhbus kimi tanıdığı 128 nəfər...
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) çərşənbə günü Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri haqqında  yekun hesabatı dərc edib. Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qədər etmək tövsiyə olunub. "Qanunvericiliyin beynəlxalq standartlara və öhdəliklərə çatdırılmasında məqsəd Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təmin edilməsi, bütün boşluqların və ziddiyyətlərin aradan qaldırılması, DTİHB-nin və Avropa Şurasının...
Türkiyədə seçkiləri müşahidə edən missiya hazırkı prezident Ərdoğanın qələbə çaldığı, lakin seçki şəraitinin bərabər olmadığı haqda nəticə çıxarıb. ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisi Türkiyədə keçirilmiş seçkilərlə bağlı ilkin hesabatında bildirib ki, hakimiyyətdə olan prezident və iqtidar partiyası "kütləvi informasiya vasitələri də daxil olmaqla üstünlüklərdən müstəsna dərəcədə istifafə edərək, müxalifət nümayəndələrini qeyri-bərabər vəziyyətə qoyub". “Bizim müşahidə etdiyimiz azadlıqların məhdudlaşdırılması seçkilərə...
"Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri azadlıqların məhdudlaşdırılması şəraitində, əsas hüquq və azadlıqları məhdudlaşdıran qanunlara uyğun olaraq keçirilib. Demokratik prinsiplərin gözdən salındığı, qanunun aliliyinə əməl olunmadığı repressiv siyasi şəraitdə ədalətli və azad seçkilər keçirmək mümkün deyil. Bu fonda və hətta kütləvi informasiya vasitələrində plüralizmin olmadığı halda əsl rəqabət olmayıb." Bu barədə AŞPA-nın Azərbaycanda keçirilən seçkilərlə bağlı rəyində deyilir. Sənədi rumıniyalı...

ƏN ÇOX OXUNANLAR

QAYNAR XƏBƏR