Geri Blog Səhifə 24
5 avqust 2010-cu ildə Gəncə şəhərində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi “Parlament seçkilərinə hazırlıq” mövzusunda Vətəndaş forumu keçirib. SMDT-nin Gəncə bölgə koordinator köməkçisi Orxan Məmmədov iştirakçıları salamlayıb və forumu açıq elan edib. SMDT-nin sədri Anar Məmmədli təşkilatın yaranması, inkişaf tarixi və məqsədləri haqqında forum iştirakçılarına məlumat verib. Təşkilat sədri çıxışında həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin əhəmiyyətindən, seçkiqabağı siyasi, hüquqi vəziyyətdən, təşkilat...
İyulun 26-da  Zaqatalada “Seçkilərdə müşahidəçiliyin əhəmiyyəti” mövzusunda Vətəndaş Forumu keçirilib. SMDT-nin hüquqşünası Azər Qasımov tədbir iştirakçılarını müşahidəçilik prinsipləri, qaydaları, hüquq və vəzifələri barədə məlumatlandırıb. Müsavat partiyasının Zaqatala rayon təşkilatının sədri Soltanov Saleh seçkidə müşahidəçiliyin əhəmiyyətini vurğulayaraq, demokratik seçkilərin keçirilməsi üçün hazırlıqlı və prinsipial müşahidəçilərin rolunun yüksək olduğunu bildirib. Əhrar partiyasının Zaqatala rayon təşkilatının sədri Oktay Hacıyev gənclərin seçki prosesinə inamsızlığını və biganəliyini qeyd edib. “Son vaxtlar...
Bü günlərdə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov mediaya açıqlamasında bildirib ki, təbliğat kampaniyası başlayanadək namizədlərin təbliğatı, habelə “Facebook” və digər internet sosial şəbəkələrdə təbliğatın təşkili qanunvericilikdə qadağan edilir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  (SMDT) hüquqşünası Azər Qasımov MSK rəsmisinin açıqlamasını ilə bağlı narahatlığını ifadə edərək, bildirib ki, bu cür hallar Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarda öz...

SMDT Bələdiyyə seçkiləri, Yekun Hesabat, 23 dekabr 2009
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2009-cu il dekabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinə keçiriləcək növbəti seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsinə yardım etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirəcək. SMDT bələdiyyə seçkiləri ilə bağlı Uzunmüddətli muşahidəçilik həyata keçirəcək. Bu məqsədlə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat və seçki günü səsvermə...
SMDT yarandığı dövrdən seçkilər, insan hüquqları və demokratiya sahəsində çalışan beynəlxalq dövlətlərarası və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib. Beynəlxalq təşkilatlardan SMDT əsasən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak edərək, Azərbaycanda insan hüquqları demokratik azadlıqların müdafiəsi yönündə əməkdaşlıq edib. Beynəlxalq QHT-lərdən SMDT aşağıdakı təşkilatlarla əməkdaşlıq edir: EPDE ENEMO GNDEM CSF EaP Amnesty NİHF NHC

Strukturu

SMDT-nin İdarə strukturu SMDT-nin idarə olunması ilə bağlı ali orqan təşkilatın Ümumi Yığıncağıdır. Ümumi yığıncaq 2 ildən bir seçilir və SMDT Nizamnaməsinə əsasən təşkilatın İdarə Heyəti və Nəzarət Komissiyası üzvləri, o cümlədən sədrini seçir. Ümumi yığıncaq həmçinin SMDT-nin Strateji Fəaliyyət proqramları, Nizamnaməsinə əlavə və dəyişiklikləri qəbul edir. SMDT İdarə Heyəti 2 ildən bir seçilərək təşkilatın cari fəaliyyətinə rəhbərlik edir. SMDT sədri İdarə...
SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması
SMDT-nin başlıca hədəfi Azərbaycanda demokratik seçki sistemi və demokratik institutların formalaşması nail olmaqdır. SMDT-nin məqsədləri aşağıdakılardır: Azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə yardım Vətəndaşların dövlət idarəçiliyində iştirakının artırılması Siyasi plüralizmin və demokratik dəyərlərin təbliği Dövlət hakimiyyəti orqanlarının hesabatlılığının artırılması

Tarix

SMDT-nin tarixi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. Qeyd edək ki, 24 iyul 2001-ci ildə təsis olunmuş SMM-nin qeydiyyatı  14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası...

ƏN ÇOX OXUNANLAR

QAYNAR XƏBƏR