Pandemiya dövründə yardımlaşma

689
📢 Dəyərli izləyicilər!
📌 Koronavirus-19 epidemiyası ilə bağlı ölkəmizdə davam edən karantin rejimi nəticəsində xidmət sahələri, iş yerləri fəaliyyətini dondurub.
📍 SMDT-yə daxil olan məlumatlar və müşahidələrimiz göstərir ki, belə şəraitdə bəzi aztəminatlı ailələr üçün yaşayış şərtləri xüsusilə çətinləşib.
📍 Hazırda ölkənin bir çox bölgəsində SMDT-nin könüllüsü olan vətəndaşlarımız bu cür ailələr barədə məlumatların toplanması və onlara yardım edilməsi yönündə fəallıq nümayiş etdirirlər. Bizə müraciətləri nəzərə alaraq, bu gündən etibarən ehtiyac içində olan ailələrlə bağlı məlumatların toplanması və yardım təklif edən qruplarla paylaşılması, bu prosesdə informasiya mübadiləsinin təşkilinə başlayırıq.
📍 Ehtiyacı olan ailələrlə bağlı məlumatları anonim saxlayacaq, bu məlumatları yalnız aşağıdakı qruplarla paylaşacağıq
 
💡 “Qaranquş Yardım Fondu”
💰 İanə üçün: (https://bit.ly/34znLWJ)
☎️ Əlaqə üçün: (https://bit.ly/3ctTnjl)
 
💡 “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti”
💰 İanə üçün: (https://bit.ly/2K66P0o)
☎️ Əlaqə üçün: +994553265432
 
💡 “Biganə Qalma” Xeyriyyə Təşkilatı
💰 İanə üçün: (https://bit.ly/3ciYvXf)
☎️ Əlaqə üçün: (https://bit.ly/2RCrpK4)
 
💡 Asan Xidmət, 65 yaşdan yuxarı ahıl şəxslər müraciət edə bilər
☎️ Əlaqə üçün: 108 (5)
 
📢 Bu həssas dövrdə imkanı olan şəxsləri yuxarıdakı qruplara ianə verməyı, könüllüləri bu qruplara qoşulmağa, yardıma ehtiyacı olanları isə bu qruplarla əlaqə yaratmağa çağırırıq!
Hörmətlə,
SMDT heyəti və könüllüləri