Partiyalar növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verib

213

Bir neçə partiyalar 2020-ci ilin fevralın 9-da keçirləcək növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar verib. Hakim Yeni Azərbaycan Partiyasından əlavə Ana Vətən Partiyası da seçkilərdə iştirak edəcəyini bildirib.

Müsavat Partiyası Məclisinin bu gün keçirilən iclasında da növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edilib.

REAL Partiyası sədri İlqar Məmmədov isə bildirib ki, “Biz artıq hazırlığa başlamışıq. Yaxşı olardı ki, seçkilər bir az gec, yəni yazda keçirilsin. Amma madam belədirsə, fevrala hazır olmalıyıq”, – o qeyd edib. Növbədənkənar parlament seçkilərində iştirak edəcəklərini bildirən partiya sədri deyib ki, hazırda siyahının dəqiqləşdirilməsi üzrə iş gedir.