Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra brifinq keçirir.

Poroşenko siyasətdən getməyəcəyini bəyan edib.

“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik”, – deyə Poroşenko əlavə edib.

Poroşenko həmçinin çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.

 

AZƏRTAC