Mayın 9-undan etibarən Qazaxıstanda bir sıra saytlar, həmçinin sosial şəbəkələr hakimiyyət tərəfindən bloklanıb. Bloklanan saytlar hakimiyyəti tənqid edən exclusive.kz, vlast.kz, holanews.kz, «Radio Azattık», Village.kz və s. kimi müstəqil saytlardır. İndi ölkədə bu saytlara ancaq VPN-servislərinin köməyi ilə girə bilirlər. Bu haqda Orta Asiya ölkələrindən xəbər yayan “Fergane news” xəbər agentliyi məlumat yayıb.

Vlast.kz saytının redaksiyası Twitter-də məlumat yayıb ki, öz işlərini sosial şəbəkələrdə davam etdirməyə çalışırlar. Ancaq bu gündən etibarən Qazaxıstanda Telegram, Facebook, Youtube və Instagram kimi böyük sosial şəbəkələr də bloklanıb. Ancaq ölkədə ruslara məxsus “Vkontakte” sosial şəbəkəsi işləməyə davam edir.

Xatırladaq ki, bir neçə gün öncədən ölkədə qadağan olunmuş “Qazaxıstanda demokratik seçkilər” adlı siyasi hərakat mayın 9-da ölkənin iki böyük şəhəri Alma-Ata və paytaxtda hakimiyyətin dəstəklədiyi “Ölümsüz polk” yürüşünə paralel olaraq böyük mitinqlər keçirməyi planlaşdırdığını bəyan etmişdi.

Qazaxıstan baş prokurorluğu isə icazəsiz mitinqlərdə iştiraka görə vətəndaşların məsuliyyət daşıdığını bildirmişdi.

Bundan öncə may ayının 1-də Qazaxıstanın bir neçə böyük şəhərində müxalifət paytaxtın adının dəyişdirilməsi, Qasım-Comərd Tokayevin prezidentliyə namizədliyinin irəli sürülməsi və eks-prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanınparlamentin spikeri təyin olunmasına etirazlar keçirmişdi. Həmin etiraz aksiyalarında 80-nə yaxın siyasi fəal həbs olunmuşdu.

 

ABZAS