Qazaxıstanda növbədənkənar prezident seçkilərinə 25 milyon dollar ayrılıb

88

Qazaxıstan hökuməti ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təxminən 9,4 milyard təngə (25 milyon ABŞ dolları) ayırıb. Seçkilər üçün məbləğin Qazaxıstan Respublikası Hökumətinin ehtiyat fondundan ayrılması haqqında qətnamə qəbul edilib.

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Maliyyə Nazirliyinə 12 milyard təngənin (31,5 milyon dollar) ayrılması ilə əlaqədar müraciət etmişdi.

 

AZƏRTAC