REAL partiyası 40 min imza kampaniyasına başlayıb.

530

REAL partiyası 40 min imza kampaniyasına başlayıb. Partiyanın sədri İlqar Məmmədov facebook səhifəsində bildirib ki, bü gün 19 noyabr tarixindən imzaların toplanılmasına başladıq. “Pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələrimizin dövlətə təqdim olunması üçün Konstitusiyasnın 96`cı maddəsinə uyğun olaraq 40 min imza toplayırıq”. İlqar Məmmədov mümkün qədər çox təşkilat və şəxsin bu kampaniyanı dəstəkləməsini xahiş edib. Həm ölkədə, həm də xaricdə yaşayan vətəndaşlarımız imza formalarını bu gün axşamdan etbarən 40min.biz saytından çap edib dolduraraq REAL partiyasınin ofisinə çatdıra yaxud poçtla göndərə bilərlər. Ofisə yaxınlaşıb imzalamaq da mümkündür. Əlavə məlumat almaq üçün sayta baxa bilərsiniz.