REAL Partiyasından vətəndaşlara və seçki komissiyalarına çağırış

121

 

Respublikaçı Alternativ (REAL) Partiyası seçicilərə və seçki komissiya üzvlərinə seçici siyahıları ilə bağlı çağırış edib.  Partiya bütün seçki komissiyalarına siyahı hazırlanmasında aşağıdakı vəzifələrə diqqət ayırmağa səsləyib:

– əvvəlki seçkilərdə adları siyahıda olmayan vətəndaşların müəyyən edərək siyahılara daxil edilməsi;

– vəfat etmiş seçicilərin adlarının siyahıdan çıxarılması;

– bir seçicinin bir neçə dairə ya da məntəqədə siyahıya daxil edilməməsi.

Partiya ölkə vətəndaşlarına müraciətdə isə  adlarının seçici siyahısında olmasını təmin etmək üçün onları qanunla nəzərdə tutulan vasitələrdən istifadə etməyə çağırıb

Qeyd edək ki, seçici siyahılarının dəqiqləşdirilməsi və nəticə etibarilə, səsvermə hüququ olan vətəndaşların seçici siyahılarına daxil edilməsi azad və ədalətli seçkilərin təşkili üçün ilkin şərtlərdən biridir.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ölkəboyu seçici siyahılarının dəqiqləşdirilməsinə başladığını elan edib.