Sağ radikallar Estoniyada hakimiyyəti ələ alır

66

Estoniyanın Baş naziri Yuri Ratasın rəhbərlik etdiyi Mərkəzçilər Partiyası mühafizəkarlar və ultrasağçılarla birlikdə koalisiya yaratmaq barədə qərarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, mərkəzçilərin bu koalisiyası 101 yerlik Estoniya parlamentində 56 yerə sahib olaraq üstünlük qazanıb və qalib gəlmiş islahatçıların hakimiyyət qurmaq şansını xeyli azaldıb.

Sağçılar və mərkəzçilərin qurduğu yeni koalisiya bir sıra ciddi dəyişikliklər etməkdə qərarlıdır. Belə ki, 36 səhifəlik yol xəritəsində qaçqınların statusuna yenidən baxılması qərara alınıb. Bundan əlavə, nikah zamanı dini ayinlərin həyata keçirilməsinin önəminin azaldılıb, yolların təmiri şirkəti “Eesti Teed” və nəqliyyat şirkəti “Operail”in özəlləşdirilməsi barədə qərar qəbul edilib.

 

AZƏRTAC