Seçki müşahidəçiliyi ilə bağlı araşdırmada Azərbaycandakı vəziyyət mənfi qiymətləndirilib

271

Demokratik Seçkilər üçün Avropa Platformasının (DSAP) yeni araşdırması göstərir ki, qanunvericilik, praktika və göstərilən münasibətlər səviyyəsində yerli seçki müşahidəçiliyi üçün şərtlər Avropa Birliyinin şərq qonşuluğundakı ölkələrdə bir-birindən xeyli fərqlənir.

Müqayisəli araşdırmanın müəllifi, seçki eksperti Tatyana Hillscher-Bogussevich bildirir ki, Rusiya müqayisədə şərtlərin ən pis olduğu ölkədir, çünki Rusiyada yerli vətəndaş cəmiyyətinin seçkilərdə müşahidəçi kimi qeydiyyatdan keçməsinə imkan verən qanunvericilik müddəası yoxdur.

Azərbaycan və Belarusda isə müstəqil seçki müşahidəsi təşkilatlarının qeydiyyat problemlərinin yaşandığı oxşar məhdudlaşdırıcı mühit hökm sürür. Hillscher-Bogusseviç deyir ki, Rusiya da daxil olmaqla bu 3 ölkədə vətəndaş cəmiyyəti artan xətlə təzyiq və hədələrlə üzləşir, onun fəaliyyət məkanı kiçilir.

Ukrayna, Moldova, Ermənistan və Gürcüstanda isə vəziyyət daha yaxşı qiymətləndirilir və vətəndaş müşahidəçiliyi üçün şərait yaradılır. Bununla belə, bəzi problemlər hələ də qalır. Bu problemlərə misal kimi effektiv olmayan və qəliz akkdreditasiya prosedurları və digər seçki prosedurlarının beynəlxalq və yerli müşahidəçilər üçün eyni səviyyədə əlçatan olmaması göstərilir.

Bu araşdırma Seçki Islahatları Məsləhətləri Kataloquna əsaslanan ilk belə araşdırmadır. Bu online kataloqda şərq qonşuluğundakı ölkələrin seçki müşahidəsi təşkilatlarının 2012-dən bu yana verdikləri 490 məsləhər yer alır. Növünün ilki olan bu databaza/kataloq fərqli ölkələrin vətəndaş seçki müşahidəçilərinin hazırladıqları məsləhətləri bir araya yığaraq bu məsləhətlərə diqqət yetirilməli olduğunu və onların seçki islahatları üçün əhəmiyyətini  vurğulayır.

Analiz həm də onu göstərir ki, şərq qonşuluğundakı ölkələrdə, yerli seçki müşahidəsi təşkilatlarının seçki islahatları ilə bağlı verdiyi məsləhətlərin yerli səviyyədə deputatlar tərəfindən həyata keçirilməsində problemlər var.

Hilscher-Bogussovic regionda vətəndaşların seçkiləri müşahidə etməsi üçün şəraitə nəzərən bildirirki, məsləhətlərin həyata keçirilməsindəki problemlər daha çox hökumətlərin beynəlxalq öhdəlikləri yerinə yetirmək və yerli vətəndaş cəmiyyəti təşkilatları ilə dialoq qurmaq üçün siyasi iradə göstərməmələrindən qaynaqlanır.

Hazırda adıçəkilən kataloq beta versiyasında dp.edpe.org saytında yer alır.

Araşdırmanın tam mətni ilə bu linkdən tanış ola bilərsiz