Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Bələdiyyə Seçkiləri ilə bağlı Ilkin Bəyanatı

33

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda
azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın
inkişafına çalışan müstəqil, tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki,
Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin
inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə
töhfə verəcək.
Bu bəyanat 23 dekabr 2009-cu ildə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə etmək
üçün seçki komissiyalarında qeydiyyatdan keçmiş və SMDT ilə əməkdaşlıq edən
bitərəf müşahidəçilərin məlumatları əsasında hazırlanıb. SMDT ilə əməkdaşlıq edən
müşahidəçilər 23 dekabr 2009-cu ildə bələdiyə seçkilərinin keçirildiyi 118 seçki
dairəsi üzrə 711 seçki məntəqəsindən monitorinq aparıblar.

SMDT 1 dekabr 2008-ci ildə qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin
(SMM) təsisçiləri və üzvləri tərəfindən təsis edilib. Qeyd edək ki, 14 may 2008-ci ildə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon
məhkəməsi SMM-in qeydiyyatını qanunsuz olaraq ləğv edib.
SMDT Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki sisteminin inkişafı,
hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə fəaliyyət göstərən bitərəf
və təcrübəli qeyri-hökumət təşkilatıdır.

Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi Azərbaycanda müstəqil və yerli seçki
müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini
(SMDT) qeydiyyata almaqdan imtina edib. SMDT 2009-cu ildə 2 dəfə sənədlərini
dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik müxtəlif
bəhanələrlə sənədləri icraata almadan geri qaytarıb. SMDT bununla bağlı yerli
məhkəmələrə müraciət etsə də, məhkəmə Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarıb.
17 dekabr 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin
qərarını qüvvədə saxlayıb.SMDT 3 dekabr 2009-cu ildə dövlət qeydiyyatına alınması
üçün 3-cü dəfə Ədliyyə Nazirliyinə müraciət edib.

SMDT seçki günü müşahidəçiliyi Statistikaya Əsaslanmış Müşahidəçilik (SƏM)
metodologiyası əsasında 711 seçki məntəqəsində aparıb. Bu metodologiya üzrə
bütün ölkəni təmsil edən təsadüfü seçilmiş seçki məntəqələrində müşahidəçilər
yerləşdirilir. Bu sınanılmış metodologiya ölkə üzrə milli səviyyəli müşahidə aparmaq
və respublikanın bütün seçki məntəqələri üzrə dəqiq məlumat əldə etmək üçün
istifadə olunur

Ətraflı məlumat üçün linkə tıklayın