Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Təşkilatının 23 dekabr 2009-ci ildə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsinə dair Aralıq Hesabatı

156

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafına çalışan müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatıdır. SMDT hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ölkədə demokratik ənənələrin inkişafına, vətəndaşların rifahının yüksəlməsinə və insan hüquqlarının müdafiəsinə töhfə verəcək.

SMDT hesab edir ki, 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçki qabağı siyasi mühit, qanunvericiliyin vəziyyəti, seçkidə sərbəst iştirak imkanları, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı və bu zaman Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz