Siyasi motivli inzibati həbslər

43

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda siyasi motivli inzibati həbslərlə bağlı dəyərləndirmə sənədi yaydı.

Siyasi motivli həbslər sənədi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) tərəfindən ictimai və siyasi fəalların cəzalandırılmasında xüsusi vasitə rolunu oynayan inzibati həbslərlə bağlı təşkilatın mövqeyini ifadə etmək məqsədilə hazırlanıb. Sənəd inzibati həbsə məruz qalanlarla bağlı mediadan toplanmış, analiz edilmiş və həqiqiliyi təsdiq edilmiş faktlar, siyasi təşkilatlardan əldə edilmiş məlumatlar, eləcə də hüquq müdafiəçiləri və vəkillərdən toplanmış məhkəmə qərarları əsasında tərtib edilib. Toplanılan materiallar əsasında 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına qədər toplam 128 siyasi motivli inzibati həbs faktı qeydə alınıb. Bununla belə Sənəddə daha əvvəlki dövrlərdə də baş verən inzibati həbslərə istinad edilib, nümunələr göstərilib.

Xüsusi qeyd etməyi vacib bilirik ki, ictimai fəallara qarşı inzibati həbslər geniş şəkildə istifadə olunduğundan siyasi motivlərlə inzibati həbsə məruz qalanların real sayının sənəddə göstərilən rəqəmlərdən çox olduğu istisna edilmir. Sənəddə bir şəxsin il ərzində birdən çox inzibati həbslə cəzalandırıldığı hallarla da qarşılaşmaq mümkündür.

 

Ətraflı buradan oxuya bilərsiniz.